[b]28-ci çempionluq[/b]
29.04.2018 - 23:05
[b]28-ci çempionluq[/b]

Serbiya Super Liqasında 2017-18 mövsümünün çempionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, XXXIV turda “Napredak” üzərində 2:0 hesablı səfər qələbəsi qazanan “Srvena Zvezda” rəqibləri üçün əlçatmaz olub.

 

Nenad Krstiçiçin dublundan sonra xallarının sayını 51-ə çatdıran “Srvena Zvezda” ən yaxın izləyicisi “Partizan”ı 11 xal qabaqlayır. Bu isə o deməkdi ki, son 3 turdakı nəticələrdən asılı olmayaraq, “Srvena Zvezda” mövsümü qızıl medalla tamamlayacaq.

 

Komanda bununla tarixində 28-ci dəfə ölkə çempionluğuna qovuşub.

0