[b]292 günlük həsrətə son[/b]
05.09.2016 - 09:48
[b]292 günlük həsrətə son[/b]

Azərbaycan millisi qələbəsiz oyunlar seriyasına son qoyub. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsində San-Marinonu 1:0 hesabı ilə məğlub edən yığmamız 292 gündən sonra qalib gəlib.

 

Komandamız sonuncu dəfə 2015-ci ilin son matçında qələbə əldə etmişdi. Bu, noyabrın 17-də Moldova ilə Bakıdakı yoxlama matçında qeydə alınmışdı – 2:1.

 

2016-cı ildə baş tutan 4 matçdan 2-də heç-heçə edib, 2 dəfə uduzan komandamız seriyaya səfərdə son qoyub.