[b]“Qarabağ”ın seriyası qırıldı[/b]
26.07.2017 - 00:01
[b]“Qarabağ”ın seriyası qırıldı[/b]

“Qarabağ”ın avrokuboklardakı heç-heçəsiz oyunlar seriyası başa çatıb. Apasport.az saytının məlumatına görə, son 7 qarşılaşmada bərabərliyi olmayan Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şerif”lə ev matçında qolsuzluqla kifayətlənib.

 

Təmsilçimiz sonuncu dəfə ötən il sentyabrın 15-də “Slovan”la Avropa Liqasının qrup mərhələsinin Bakıdakı görüşündə heç-heçə etmişdi – 2:2.

 

313 gündən sonra yenidən heç-heçə edən ağdamlılar bu müddətdə 4 qələbə qazanıb və 3 dəfə uduzub. Bu matçlardan 5-i ötən mövsümün qrup oyunları olub.

 

Digər 2 görüş isə cari mövsüm Çempionlar Liqasında baş tutub.