[b]32 oyunluq seriya başa çatdı[/b]
13.04.2017 - 00:18
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Monako” səfərdə “Borussiya”nı 3:2 hesabıyla məğlub edib. Apasport.az saytının məlumatına görə, “knyazlıq klubu” Dortmunddakı qələbəylə yarımfinala vəsiqə istiqamətində mühüm addım atdı.
Leonardo Jardimin yetirmələri “Siqnal İduna Park”dakı qələbəylə həm də “Borussiya”nın evdəki yenilməzlik seriyasına son qoyub. Belə ki, Dortmund təmsilçisi “Monako”ya məğlubiyyətə qədər 32 oyun idi ki evdə məğlub olmurdu.
Qeyd edək ki, tərəflər arasındakı cavab oyunu aprelin 19-da Monakoda keçiriləcək.
0
0