“Qarabağ” Azərbaycan Premyer Liqasında ardıcıl 2-ci məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, ötən tur Qəbələdə eyniadlı komandaya 0:2 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri dünən “İnter”ə məğlub olub – 0:1.
Son üç mövsümün çempionu uzun müddətdi ölkə çempionatında belə halla üzləşməmişdi. Ağdamlıların ardıcıl iki məğlubiyyəti sonuncu dəfə 3 il əvvəl yaşanıb.
2013/14 mövsümündə çempionluğu təmin etdikdən sonra “Qarabağ” çempionatı ardıcıl məğlubiyyətlərlə başa vurub. 2014-cü il mayın 12-də Sumqayıtda eyniadlı komandaya bir cavabsız qolla uduzan “Qarabağ” 5 gün sonra evdə “Xəzər Lənkəran” a yenilmişdi - 1:2. Bu isə o deməkdi Ki, ağdamlılar 33 aydan sonra belə uğursuzluq yaşayıb. Amma həmin vaxt əyalət klubu növbəti mövsümə də məğlubiyyətlə başlamışdı. Düzdü, “Sumqayıt”la görüşdə çempiona texniki yenilgi verilmişdi.