Avropa Liqasının I təsnifat mərhələsinin bu gün keçiriləcək ilk oyunları Azərbaycan futbolunda iki debütlə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, həm “Zirə”, həm də qəsəbə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov avrokuboklarda ilk sınağına çıxacaq.
Lüksemburqun “Differdanj” klubunu qəbul edən paytaxtın 3 yaşlı komandası ölkəmizin qitə miqyasında 18-ci təmsilçisi olacaq. Belə ki, 1994-cü ildə gerçəkləşən avrokubok debütümüzdən indiyədək 17 komandamız mübarizəyə qoşulmuşdu.
“Zirə” Bakının avrokuboklarda 8-ci komandası olacaq. İndiyədək buna nail olan 17 komandadan 10-u bölgələri, 7-ci paytaxtı təmsil edirdi.
Paytaxt klubunun 36 yaşlı baş məşqçisi Abbasov isə çalışdırıcı kimi avrokuboklarda “siftə”ni “Dalğa Arena”da gerçəkləşdirəcək. 23 ildə Azərbaycan komandalarını 35 baş məşqçi meydana çıxarmışdı. Abbasov bu siyahıya 36-cı kimi daxil olacaq.