[b]3 dövrə, 32 penalti: Ən çox kim cəzalanıb?[/b]
01.04.2016 - 15:41
[b]3 dövrə, 32 penalti: Ən çox kim cəzalanıb?[/b]

Topaz Premyer Liqasının başa çatan 3 dövrəsində qapılara 32 penalti təyin olunub. Apasport.az saytının məlumatına görə, bu zərbələrdən 27-si qolla nəticələnibsə, 5 dəfə qapıçılar sevinib.

 

11 metrlik cərimə zərbələrinin 1/4-i “Qarabağ”ın lehinə təyin edilib. Ağdamlılar qazandığı 8 belə imkandan 7-dən istifadə edib.  “Neftçi” 5, “Kəpəz” 4 penaltidən birini qaçırıb. “İnter”lə “Sumqayıt” isə bu nöqtədən qol vura bilməyib. Komandalar hərəyə 1 dəfə belə şans qazansa da, imkanı boşa verib.

 

“Sumqayıt” həm də ən çox cəzalanan klub kimi fərqlənib. “Gənclik şəhəri” təmsilçisinin qapısına 7 penalti təyin edilib. “Qarabağ”ın qapısına verilən yeganə 11 metrlik zərbə qolla nəticələnməyib.

 

Futbolçular arasında rekordçu Riçard Almeydadı. “Qarabağ”ın yarımmüdafiəçisi 5 qolunu bu yolla vurub. “Neftçi”li Ruslan Qurbanov 4, “Qəbələ”li Aleksey Qay və “Kəpəz”in kapitanı Tural Axundov hərəyə 3 penaltini qola çevirib.

 

Penalti vuran komandalar: “Qarabağ” – 8 (1 qeyri-dəqiq), “Neftçi” – 5 (1), “Qəbələ” – 4 (1), “Kəpəz”, “Zirə”, AZAL – 3, “Rəvan”, “Xəzər Lənkəran” – 2, “İnter”, “Sumqayıt” – 1 (1).

 

Penalti ilə cəzalanan komandalar: “Sumqayıt” – 7, “Xəzər Lənkəran”, “Kəpəz” – 4 (1), “Neftçi” – 4, AZAL, “İnter” – 3 (1), “Rəvan” – 3, “Zirə” – 2, “Qəbələ” – 1, “Qarabağ” – 1 (1).