[b]3 futbolçu Boluda “İnter”ə qoşuldu[/b]
13.06.2017 - 00:10
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “İnter” bir günlük istirahətdən sonra yenidən hazırlıqları davam etdirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi gün ərzində iki dəfə məşq edib.
Artıq müxtəlif yaş qruplarından olan millilərə dəvət almış futbolçular – Səlahət Ağayev, Tərlan Quliyev və Sertan Taşkın da komandanın düşərgəsindədilər.
Qeyd edək ki, “İnter” bu gün toplanış çərçivəsində ikinci sınaq matçında digər təmsilçimiz “Zirə” ilə qarşılaşacaq. Oyun Bakı vaxtıyla 18.30-da başlayacaq.
0
0