[b]3 il sonra təkrarlanan uğur: Üçü də mərhələ adladı[/b]
08.07.2016 - 11:05
[b]3 il sonra təkrarlanan uğur: Üçü də mərhələ adladı[/b]

Avrokuboklar mövsümünün 2016/17 mövsümü Azərbaycan üçün uğurlu startla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, yarışa I təsnifat mərhələsindən başlayan hər 3 komandamız tur adlamağı bacarıb.

 

“Neftçi” Maltanın “Baltsan” (2:0, 1:2), “Qəbələ” Gürcüstanın “Samtredia” (5:1, 1:2), “Kəpəz” isə Moldovanın “Daçiya” klubunu (0:0, 1:0) mübarizədən kənarlaşdırıb. Bununla da Azərbaycan futbolu tarixində 2-ci dəfə I təsnifat mərhələsindəki hər üç təmsilçimiz azarkeşlərini sevindirib.

 

Bununla da klublarımız 2013-cü ilin uğurunu təkrarlayıb. 2013/14 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər Lənkəran” “Slima” (Malta), “Qarabağ” “Metallurq” (Skopye, Makedoniya), “İnter” “Mariehamn” (Finlandiya) səddini adlamışdı. 3 il öncə Ağdam klubu hər iki oyunda 1:0 hesabı ilə qalib gəlmişdi. 1:1 hesabı ilə başa çatan ilk oyunlardan sonra “İnter” səfərdə 2, “Xəzər Lənkəran” evdə 1 cavabsız qolla mərhələ keçmişdi.

 

Lakin həmin mövsümün bizim üçün “qızıl” xarakterli olmasını “Neftçi” əngəlləyib. Bakılılar Çempionlar Liqasında yarışa II təsnifat mərhələsindən başlasa da, Albaniya “Skenderbeu”sunu keçə bilməyib – 0:0, 0:1. Bu üzdən eyni mövsümdə komandalarımızın hərəyə ən azı 1 mərhələ keçmək rekordu baş tutmayıb. Bu il isə “Qarabağ” Lüksemburq “Düdelanj”ını keçərsə, həmin rekord gerçəkləşəcək.

 

Avropa Liqasında 3 klubla təmsil olunduğumuz mövsümlərin I təsnifat mərhələsində

mövsüm

mərhələ keçən

mərhələ keçməyən

2009/10

 

“İnter”

“Simurq”

2010/11

“Qarabağ”

“Xəzər Lənkəran”

2011/12

“Qarabağ”

AZAL

2012/13

“Xəzər Lənkəran”

“İnter”

“Bakı”

2013/14

“İnter”

“Xəzər Lənkəran”

“Qarabağ”

 

2014/15

“İnter”

“Qəbələ”

2015/16

“Qəbələ”

“İnter”

“Neftçi”

2016/17

“Kəpəz”

“Qəbələ”

“Neftçi”