[b]3 yubiley birdən - FOTO[/b]
31.01.2018 - 17:31
[b]3 yubiley birdən - FOTO[/b]

Azərbaycan millisinin Moldova ilə keçirdiyi yoldaşlıq görüşü 3 futbolçu üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 0:0 hesabı ilə başa çatan qarşılaşma Rahid Əmirquliyev, Kamran Ağayev və Ruslan Qurbanovun yubileyi ilə yadda qalıb.

 

Rəşad Sadıqovun milli karyerasını bitirdikdən sonra əsas kapitan olan Əmirquliyev dünən 60-cı dəfə yığmanın heyətində meydana çıxıb. Bu müddət ərzində o, 3 qola imza atıb.

 

Moldova ilə oyunda 70-ci dəfə millinin çərçivəsini qoruyan Kamran Ağayev isə meydanı qol buraxmadan tərk edib. Ağayev 70 görüşdə 111 dəfə mərkəzə dəvət olunub.

 

Milliləşən legioner Ruslan Qurbanov isə 1 qol vurduğu yığmanın forması altında 20-ci oyununu keçirib.

0