[b]4-cü dəfə “sarğı” ilə[/b]
09.10.2017 - 01:43
[b]4-cü dəfə “sarğı” ilə[/b]

Rahid Əmirquliyev karyerasında 4-cü dəfə millimizi meydana kapitan kimi çıxarıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi DÇ-2018-in Almaniya ilə səfərdəki seçmə oyununadək 3 dəfə “sarğı” ilə görüşə başlayıb.

 

2015-ci il noyabrın 17-də Moldova ilə yoxlama oyununda kapitan kimi “siftə” edən Rahid ötən il 2 dəfə bu vəzifəni üzərinə götürüb.

 

O, oktyabrın 11-də Çexiya, noyabrın 11-də Şimali İrlandiya ilə qarşılaşmaları kapitan kimi başlayıb.