Çempionlar Liqasının yarımfinalında üz-üzə gələcək “Liverpul” (İngiltərə) və “Roma”nın (İtaliya) avrokubokdakı yolları 4-cü dəfə kəsişir. Apasport.az saytının məlumatına görə, əvvəlki duellərin ikisində britaniyalılar sevinibsə, bir dəfə komandalar qrupda rəqib olublar.
1983/84 mövsümündə Kuboklar Kubokunun finalındakı tək oyunun taleyini penaltilər həll edib. “Liverpul” 1:1 hesabı ilə başa çatan matçsonrası “lotereya”da qalib gəlib – 4:2.
2000/01 mövsümündə UEFA kubokunda hər komanda səfərdə qalib gəlib. İtaliyada 2 cavabsız qol vuran ingiltərəlilər evdə 0:1-ə üzülsə də, mərhələ adlayıb.
2001/02 mövsümündə Çempionlar Liqasının qrupundakı görüşlərdə “Roma” qola həsrət qalıb – 0:0, 0:2.
Bir sözlə, penaltilər seriyasını saymasaq, 3 duel çərçivəsindəki 5 görüşdə “Liverpul” 2, “Roma” 1 qələbə qazanıb, 2 dəfə heç-heçə qeydə alınıb. Top fərqində də “qırmızılar”üstündü – 5:2.
- Portuqaliya millisinin üzvü İspaniya klubunu tərk edib
- "Cimbom"a xəyanət şoku: "Çalhanoğlu" addım-addım "Fənərbaxça"ya
- "İnter" Çalhanoğlu transferi barədə: "Razılığa gəlmək mümkün deyil"
- "Qalatasaray" "Napoli"dən əlavə vaxt istəyib
- Konfrans Liqası: "Sabah"ın oyunlarını idarə edəcək hakimlər bəlli olub