[b]43 qol buraxan qapıçı “yoxa çıxdı”[/b]
19.09.2016 - 12:59
[b]43 qol buraxan qapıçı “yoxa çıxdı”[/b]

Almaniya futbolunda maraqlı hadisə baş verib. Apasport.az saytı xəbər verir ki, bu ölkənin həvəskarlar liqasında “PSV Oberhauzen”lə keçirilən matçda “Vonderort”un ikinci komandası qapısından nə az, nə çox, düz 43 qol buraxıb.

 

0:43 hesablı məğlubiyyətlə anti-rekorda imza atan “Vonderort”da bütün topları bir qolkiper – Marko qapısından buraxıb. Biabırçı məğlubiyyətin ən çox əziyyətini də məhz 25 yaşlı çərçivə qoruyucusu çəkib.

 

Belə ki, matçdan sonra komanda yoldaşları ilə birlikdə məşqə çıxan Markoya növbəti sürprizi polislər yaşadıblar. Qapıçının təxminən 2 dəqiqədən bir topu tordan çıxarması polisdə şübhə yaradıb. Nəticədə asayiş keşikçiləri 2 maşınla “Vonderort”un bazasına gedərək, meydançaya daxil olublar.

 

Onlar əvvəlcə Marko ilə qısa dialoq qurublar. Ardınca qolkiper məşqi yarımçıq saxlayaraq, paltardəyişmə otağına yollanıb və 5 dəqiqə sonra polislərlə birgə klubun bazasını tərk edib.

 

Maraqlıdı ki, daha sonra Markodan bir xəbər çıxmayıb. Telefonu söndürüldüyü üçün klub rəsmiləri də onunla əlaqə saxlaya bilməyiblər. Polis idarəsindən isə heç kim məsələ bağlı açıqlama verməyib.

 

Qeyd edək ki, “Vonderort”u son 2 ayda Yvonne Lisenfeld adlı qadın məşqçi çalışdırır. Komandanın futbolçularının yarıdan çoxunu isə miqrantlar təşkil edir.  

0