“Fənərbaxça” Premyer Liqa klubunun hücumçusu ilə maraqlanır
09.05.2025 - 14:56
“Fənərbaxça” Premyer Liqa klubunun hücumçusu ilə maraqlanır

“Brentford”un hücumçusu Yoane Vissa karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Fənərbaxça” konqolu futbolçunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Yeni mövsümdə Çempionlar Liqasında iştirak edəcək “sarı-lacivərdlilər” heyətini yeni forvardla gücləndirmək istəyir və əsas namizəd Vissadır.

Hücumçu bu mövsüm 33 oyunda 16 qol vurub, 3 məhsuldar ötürmə edib.