[b]43 yaşında futbola qayıdır[/b]
29.07.2016 - 16:52
[b]43 yaşında futbola qayıdır[/b]

İtaliya yığmasının sabiq hücumçusu Kristian Vyeri futbola qayıdır. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, 7 illik fasilədən sonra karyerasını bərpa edib.

 

43 yaşında futbola qayıdacaq Vyeri Çin çempionatında çıxış edəcək. Bu barədə məlumatı forvardın özü verib: “Möcüzəvi xəbərim var. Futbola qayıdıram və Çində oynayacam. 5 ay öncə çəkim 101 kq idisə, indi 91-di. 10 kilo arıqlamışam. Daha 2 kilo arıqladıqdan sonra futbol oynamağa tam hazır olacam”.

 

Vyerinin hansı kluba keçəcəyi isə hələ bəlli deyil.

 

Qeyd edək ki, əvvəllər “Yuventus”, “Atletiko”, “Latsio”, “İnter”, “Milan”, “Monako” və “Fiorentina” kimi klubların formasını geyinmiş Vyeri karyerasını 2009-cu ildə “Atalanta”da bitirmişdi.