Azərbaycan millisi tarixində 45-ci dəfə böyük hesabla uduzub. Apasport.az saytının məlumatına görə, bu hadisə DÇ-2018-in seçmə mərhələsinin son matçına təsadüf edib.
Səfərdə Almaniyaya 1:5 hesabı ilə uduzan komandamız 196 gündən sonra acı məğlubiyyət yaşayıb.
Millimizi sonuncu dəfə darmadağına məruz qoyan da Bundestim olmuşdu. Yığmamız bu il martın 26-da Almaniyaya Bakıda 1:4 hesabı ilə yenilmişdi. Millimizin darmadağınlarından 23-ü 3 top fərqilə olubsa, 22-ci dəfə daha acınacaqlı hesaba yenilmişik.
Yığmamız 9 dəfə 4, 6 dəfə 5, 4 dəfə 6 top fərqilə uduzub.
Qeyd edək ki, komandamızın hesabında 7, 8 və hətta 10 top fərqilə məğlubiyyət də var.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"