[b]47 oyunla 111-ci, Rəşad Sadıqovun “1”ləri[/b]
09.07.2016 - 15:04
[b]47 oyunla 111-ci, Rəşad Sadıqovun “1”ləri[/b]

Avropa Liqasının 45 illik tarixində ən çox oyun keçirən futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvələ cari mövsümün startınadək ən azı 35 oyun keçirənlər daxil edilib.

 

Azərbaycan futbolçuları arasında ən yaxşı göstərici yığmamızın və “Qarabağ”ın kapitanı Rəşad Sadıqova məxsusdu. 34 yaşlı müdafiəçi bu turnirdə 47 matç keçirib.

 

O, Avropa Liqasının tarixində ən çox oyun keçirənlər arasında 111-ci yerə şərik olan 13 futbolçudan biridi.

 

Siyahıda daha iki futbolçumuz yer alıb. Hesabında mövsümün startınadək 41 matç olan Rəşad Sadiqov 236-cı yerə şərik 33 futbolu arasında yer alıb. 268-ci yerin şəriklərindən biri isə Maksim Medvedevdi.

 

Qeyd edək ki, Avropa Liqasında ən çox oyun keçirən Cüzeppe Berqominin hesabında 96 matç var.