[b]4 oldu, Robert![/b]
04.06.2016 - 00:01
[b]4 oldu, Robert![/b]

Azərbaycan millisinin qələbə həsrəti 4-ə çatıb. Apasport.az saytının məlumatına görə, 2015-ci il noyabrın 17-də Moldova ilə Bakıda keçirilən oyunda 2:1 hesabı ilə qalib gələn yığmamız 199 gündü qələbə qazana bilmir.

 

Bu müddətdə 4-cü oyununu keçirən yığmamız Kanada ilə qollu heç-heçə edib – 1:1. Avstriya toplanışının əvvəlki iki oyununda Andorra (0:0) və Makedoniyanı (1:3) da yenə bilməyən futbolçularımız martda Qazaxıstan sınağından (0:1) da üstün ayrılmamışdı.

 

4 matçlıq qələbəsizlik nə millimizin, nə Robert Prosineçkili dönəmin, nə də yoxlama matçlarının antirekordudu. Çünki hər üç halda daha uğursuz seriyalarımız var.

 

Milli tarixinin ən uzun qələbəsizliyi 2004-07-ci illərdə qeydə alınıb – 27 oyun. Moldova üzərində 199 gün öncəki qələbə isə Prosineçkinin rəhbərliyi altındakı 6 matçlıq belə seriyanı qırmışdı.

 

Yoxlama oyunlarındakı qələbəsiz seriya 13 matçdan ibarət olub. Bu da qeyd etdiyimiz 2004-07-ci illərə təsadüf edib.