[b]4 qol vuruldu, sevinən olmadı[/b]
28.09.2016 - 21:17
Futbol üzrə Azərbaycan I Divizionunda IV tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Açılış matçında “Şərurspor” MOİK-i qəbul edib.
90 dəqiqə ərzində 4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.
Birinci divizion
IV tur
“Şərurspor” – MOİK – 2:2
Qollar: Fərmayıl Əliyev, 67; Fuad Məmmədzadə, 90 – Orxan Həsənov, 42; Ramil Orucov, 52
0
0