[b]5-ci dəfə dizindən zədələndi[/b]
10.04.2017 - 15:57
[b]5-ci dəfə dizindən zədələndi[/b]

“Selta”nın hücumçusu Cüzeppe Rossi növbəti dəfə dizindən zədə alıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, italiyalı forvard La Liqanın geridə qalan turunda “Eybar”la qarşılaşmada sıradan çıxıb.

 

Oyunun 35-ci dəqiqəsində zədələnərək əvəzlənən 30 yaşlı oyunçunun sol diz çarpaz bağlarının qopduğu açıqlanıb. O, bununla karyerası ərzində 5-ci dəfədi ki, dizindən ağır zədə alır. Yaxın günlərdə əməliyyat olunacaq Rossi 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, “Selta” – “Eybar” görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə nəticələnib.