Premyer Liqanın IV turu “Zirə”nin futbolçusu Viktor İqbekoyi üçün əlamətdar olub. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, “Qəbələ” ilə səfər matçında (1:1) hesabı açan nigeriyalı Azərbaycan çempionatlarında yubiley qolunu vurub.
Bu, Viktorun 50-ci qolu kimi tarixə düşüb. Afrikalı legioner “100”ü özünün 273-cü oyununda yarılayıb. İqbekoyi Azərbaycan çempionatlarında 50 və daha çox qol vuran 35-ci futbolçudu. Onadək yalnız iki legioner bunu bacardığından, nigeriyalı 3-cü əcnəbidi. Legionerlərdən yalnız gürcüstanlılar Badri Kvaratsxeliya və Georgi Adamiya Viktoru qabaqlayırlar.
Qeyd edək ki, 2006-07 mövsümündən Azərbaycanda çıxış edən nigeriyalı 50 qolu 4 komandanın heyətində vurub. “Turan”da 16, “Qarabağ”da 6, AZAL-da 23 qol vuran afrikalı hazırkı klubunda 5 dəfə rəqib qapısına yol tapıb.