[b]56-cıdan 10-cu oyunda “siftə”[/b]
09.10.2017 - 00:00
[b]56-cıdan 10-cu oyunda “siftə”[/b]

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev yığmada qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, 20 yaşlı hücumçu ilk qolunu DÇ-2018-in seçmə mərhələsinin son oyununda vurub.

 

O, Almaniya ilə səfər matçında hesabı bərabərləşdirib – 1:1. Əvvəlki 9 matçda qola həsrət qalan Şeydayev yubiley – 10-cu oyununda “siftə”yə sevinib.

 

Hazırda davam edən görüşə qədər millimizin 55 futbolçusu qol sevinci yaşamışdı. Şeydayev bu siyahıda 56-cı olub.