19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, martın 15-dən 18-dək təşkil olunacaq təlim-məşq toplanışında 21 oyunçu iştirak edəcək.
Bakıda baş tutacaq hazırlıq prosesinə 5 klubun üzvləri çağırılıb. Milliyə “Neftçi” və “İnter” daha çox – hərəyə 7, “Qarabağ” 3, “Qəbələ” və “Sumqayıt” isə hər biri 2 futbolçu verəcək: Elvin İmanlı, Yusif Həsənov, Ricat Qarayev, Ceyhun Muxtarlı, İbrahim Qədirzadə, Rafael Məhərrəmli, Nadir Qasımov (hamısı “İnter”), Kamran İbrahimov, Rəhman Daşdəmirov, İbrahim Əliyev, Bahadur Həziyev, Pilağa Mehdiyev, Elçin Əsədov, Ərziman Rizvanov (hamısı “Neftçi”), Məmməd Hüseynov, Əsgər Hüseynov, Famin Əliyev (hamısı “Qarabağ”), Əli Sadıxov, Fərid Nəbiyev (hər ikisi “Qəbələ”), Süleyman Əhmədov, İsmayıl Babayev (hər ikisi “Sumqayıt”).
Mənbə: affa.az