[b]5 qolla gələn yubileylər[/b]
05.09.2017 - 00:10
[b]5 qolla gələn yubileylər[/b]

DÇ-2018-in seçmə mərhələsinin San Marino ilə görüşü yığmamız üçün bir sıra yubileylərlə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi seçmə mərhələlərdə 60-cı qolunu vurub.

 

Bu matçadək keçirdiyi 115 qarşılaşmada 58 dəfə fərqlənən komandamızın yubiley topu San-Marinoya vurulan 2-ci qol olub. 60-ci qolumuzun müəllifi Araz Abdullayev olub. Oyunun sonunadək millimiz bu rəqəmi 63-ə çatdırıb.

 

Yığmamız DÇ-nin seçmə mərhələlərində 25-ci qoluna imza atıb. Əvvəlki 55 oyunda 22 qol vuran komandamız San-Marinonun qapısına 3-cü dəfə yol tapmaqla 25-ə çatıb. Bu yubiley isə Əfran İsmayılovun hesabındadı.

 

Komandamız mundial yollarında artıq 27 dəfə fərqlənib. Rəşad Sadıqovun vurduğu matçdakı son qol da yubiley xarakteri daşıyıb. Belə ki, bu top yığmamızın xorvatiyalı baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında 20-ci qol olub. Mütəxəssis 21-ci matçında buna şahidlik edib.

 

Arazın qolu isə Prosineçkili millinin seçmə mərhələlərdə 10-cu uğuru kimi yadda qalıb.