Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Qarabağ” “Neftçi” ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, görüş 0:0 hesabı ilə başa çatıb.
İlk oyunda 0:2 hesabı ilə məğlub olan və ümumi nəticəyə görə finaldan kənarda qalan “ağ-qaralar”ın həm də 5 illik seriyası başa çatıb.
Belə ki, paytaxt təmsilçisi buna qədər ölkə kubolunda ardıcıl 5 il finalda oynamışdı.
"Qarabağ" isə bu uğurla birlikdə ardıcıl 3-cü dəfə finalda oynamaq şansı əldə edib.
“Neftçi”nin oynadığı 5 finalı təqdim edirik.
17.05.2012 “Bakı” - “Neftçi” (Bakı) – 2:0
28.05.2013 “Neftçi” (Bakı) - “Xəzər-Lənkəran” – 0:0, pen. 5:3
22.05.2014 “Neftçi” (Bakı) - "Qəbələ" – 1:1, pen. 3:2
03.06.2015 "Qarabağ" Ağdam - “Neftçi” (Bakı) – 3:1
25.05.2016 "Qarabağ" Ağdam - “Neftçi” (Bakı) – 1:0 (əlavə vaxtda)
Qeyd edək ki, “Neftçi”siz sonuncu final 2011-ci ildə olmuşdu ki, həmin il həlledici qarşılaşmada “Xəzər Lənkəran”la “İnter” üz-üzə gəlmişdi. Matçın əsas vaxtında qalib müəyyənləşməmiş (1:1), penalti zərbələrində isə daha dəqiq oynayan cənublular kubokun sahibi olmuşdu.