[b]7-ci dəfə[/b]
29.07.2016 - 16:41
[b]7-ci dəfə[/b]

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda Fransada “Lill”ə 1:1 hesablı heç-heçə edən “Qəbələ” ikinci dəfə bu duruma düşüb. Apasport.az saytının məlumatına görə, 1 il öncə də bu vəziyyətlə üzləşən “qırmızı-qaralar” eyni turnirin, eyni mərhələsini adlamağı bacarmışdı.

 

Həmin vaxt təmsilçimiz Kiprdə 1:1 etdiyi “Apollon”u Bakıda 1:0 hesabı ilə yenmişdi. Ümumilikdə isə Azərbaycan klubları 6 dəfə səfərdə keçirdiyi ilk matçda 1 qollu bərabərliklə kifayətlənib.

 

Bunlardan yalnız birində təmsilçimiz mərhələ keçə bilməyib. Həmin uğursuzluq 10 il əvvəl əlavə vaxtda uduzan “Qarabağ”ın hesabındadı. Ağdamlılar 5 il sonra bunun əvəzini çıxa biliblər. Onlar kimi “İnter” də səfər qolu ilə mərhələ keçib. “Neftçi” və “Xəzər Lənkəran” isə evdə qalib gəlib.

 

mövsüm

turnir

cüt

ilk oyun

Cavab oyunu

2006/07

UK

Zimbru (Moldova) - Qarabağ

1:1

2:1

2008/09

İK

Jerminal (Belçika) - Neftçi

1:1

0:1

2011/12

AL

Streymur (Farer adaları) – Qarabağ

1:1

0:0

2013/14

AL

Slima (Malta) – Xəzər Lənkəran

1:1

0:1

2015/16

AL

Laçi (Albaniya) – İnter

1:1

0:0

2015/16

AL

Apollon (Kipr) – Qəbələ

1:1

0:1