[b]70-ci dəfə məğlubiyyətsiz[/b]
09.03.2017 - 22:26
[b]70-ci dəfə məğlubiyyətsiz[/b]

Azərbaycan millisi yubiley uğurunu əldə edib. Apasport.az saytının məlumatına görə, yığmamız yoldaşlıq oyunları və bu tip qeyri-rəsmi beynəlxalq turnirlərində 70-ci dəfə meydanı məğlubiyyətsiz tərk edib.

 

Yubiley Qətərlə Dohadakı yoxlama matçında yaşanıb. Yığmamız səfərdə 2:1 hesablı qələbə qazanıb.

 

Üst-üstə 116-cı belə sınağına çıxan komandamız 31-ci dəfə qalib gəlib. 39 heç-heçəsi olan komanda yenilmədiklərinin sayını 70-ə çatdırıb.

 

Millinin yoxlama matçlarında 46 məğlubiyyəti də var. Bu sınaqlarda 105 qol sevinci yaşayan yığmamız indiyədək 149 top buraxıb.