Topaz Premyer Liqasında növbəti qırmızı vərəqə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, son 6 turda heç kimi meydandan qovmayan hakimlər VIII turda seriyaya son qoyub.
Belə ki, bunadək yalnız ilk turda qırmızı vərəqə olmuşdu. Bu da, AZAL – “Neftçi” matçına təsadüf etmişdi. Həmin vaxt – avqustun 6-da Rəhim Həsənov meydan sahiblərindən Ruslan Nəsirlini, qonaqlardan Jairo Rodrigesi meydandan qovmuşdu.
71 gündən sonra göstərilən vərəqə 70 günlük “qırmızısız”lığa son qoyub. Bu qədər müddət ağır cəzasız keçinən hakimlərin növbəti qurbanı da “Neftçi”dən olub. “Ağ-qaralar”ın “Zirə” ilə səfər qarşılaşmasında Rahil Məmmədov meydandan qovulub. Bu dəfə də qırmızı vərəqəni Həsənov göstərib. O. Cari mövsümdə belə cəzaya əl atan yeganə hakimdi.
Qeyd edək ki, hər iki oyun 2:0 hesabı ilə başa çatıb. Avqustun 6-da qonaqlar, oktyabrın 16-da meydan sahibləri qələbə qazanıb.