Mövsümün ikinci yarısının hazırlığı məqsədilə Türkiyənin Antalya şəhərinə yollanan Topaz Premyer Liqasının klubları qonşu ölkədə 22 yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, qış fasiləsində Azərbaycandan kənara çıxmayan AZAL-la “Kəpəz”dən başqa bütün komandalar beynəlxalq matçlarda qüvvəsini sınayıb.
Səfərə yollanan 6 komanda arasında Premyer Liqada ən aşağı pillədə qərarlaşan “Neftçi” hamıdan çox – 5 oyuna çıxıb. Lakin “ağ-qaralar” əcnəbilərlə də nə qədər zəif olduqlarını göstəriblər. Bakılılar bu il hələ də qalib gəlməyiblər.
Çempionatın liderləri “Qarabağ”, “Qəbələ” və “İnter” hərəsi 4 matçda qüvvəsini sınayıb. Türkiyədə ən yaxşı nəticələr də məhz Premyer Liqanın liderlərinin hesabındadı.
“Bankirlər” vətənə məğlubiyyətsiz dönməyi bacaran yeganə komandamız olub. İlk “dördlük”də qərarlaşan digər komanda “Sumqayıt” 3 matça çıxıb. Onlar hər üç oyunda uduzub.
“Zirə” isə Türkiyəyə cəmi iki oyun üçün yollanıb.
Ümumilikdə isə komandalarımız 22 matçda 7 qələbə qazanıb, 7 heç-heçə edib və 8 dəfə uduzub. 23 qol vuran komandalarımız 25 top buraxıb.
Qeyd edək ki, Premyer Liqa klubları ilə yanaşı, aşağı dəstə təmsilçiləri “Şəmkir”lə “Səbail”, həmçinin “Qəbələ”nin U-19 və əvəzedici komandaları da Antalyada yoxlama matçları keçirib.
“Neftçi” – 5 oyun
“Sivasspor” (Türkiyə) - 0:0, “Nasaf” (Özbəkistan) - 0:1, “Kukesi” (Albaniya) - 2:4, “Tosno” (Rusiya) - 2:2, “Konkordiya” (Rumıniya) - 1:1
“Qəbələ” – 4 oyun
“Partizani” (Albaniya) - 1:2, “Qaz Metan” (Rumıniya) - 1:0, “Ordabası” (Qazaxıstan) - 0:0, “Şkendiya” (Makedoniya) - 2:1
“Qarabağ” – 4 oyun
“Skenderbeu” (Albaniya) - 1:0, “Styaua” (Rumıniya) 2:0, “Atırau” (Qazaxıstan) - 0:1, “Termalika” (Polşa) - 3:2
“İnter” – 4 oyun
“Ordabası” (Qazaxıstan) - 0:0, “Botoşani” (Rumıniya) - 1:1, “İstiqlol” (Tacikistan) – 2:1, “Orenburq” (Rusiya) - 1:1
“Sumqayıt” – 3 oyun
“Skenderbeu” (Albaniya) - 1:3, “Nasaf” (Özbəskitan) - 0:1, “Atırau” (Qazaxıstan) -1:2
“Zirə” – 2 oyun
“Dordoy” (Qıeğızıstan) - 2:1, “Lokomotiv” (Qorna, Bolqarıstan) - 0:1
|
1 |
Qarabağ |
4 |
3 |
0 |
1 |
6-3 |
9 |
|
2 |
Qəbələ |
4 |
2 |
1 |
1 |
4-3 |
7 |
|
3 |
İnter |
4 |
1 |
3 |
0 |
4-3 |
6 |
|
4 |
Zirə |
2 |
1 |
0 |
1 |
2-2 |
3 |
|
5 |
Neftçi |
5 |
0 |
3 |
2 |
5-8 |
3 |
|
6 |
Sumqayıt |
3 |
0 |
0 |
3 |
2-6 |
0 |
|
|
|
22 |
7 |
7 |
8 |
23-25 |
28 |
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı