Sabah futzal üzrə 8-ci dünya çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, Kolumbiyada baş tutacaq yarışda planetin 24 ən yaxşı millisi mübarizə aparacaq.
22 gün davam edəcək yarışda çıxış edəcək komandalar 6 qrupda qüvvəsini sınayacaq. Bu yığmalar arasında Azərbaycan millisi də yer alıb.
Belə ki, turnir millimiz üçün ilklə əlamətdar olacaq. Çünki komandamız tarixində ilk dəfə planetin ən yaxşıları arasında mübarizə aparacaq.
Yığmamız F qrupunda İspaniya, İran və Mərakeşlə qarşılaşacaq. Braziliyalı mütəxəssis Miltinyonun millidəki rəsmi debütü də mundiala təsadüf edəcək.
Komandamız sentyabrın 12-də qrupun aşkar autsayderi Mərakeşlə qarşılaşacaq. Rəqib Afrika çempionu olsa da, bu qitədə futzal o qədər də inkişaf etməyib. Bu üzdən yığmamız mümkün qədər böyük hesabla qalib gəlməli və 1/8 final şanslarını artırmalıdı.
Əslində, bu matç Bakıda sentyabrın 13-ü olanda keçiriləcək. Çünki Kolumbiyada ayin 12-si saat 18:00-da başlayacaq matç ölkəmizdə ertəsi gün 03:00 olanda start götürəcək. Ümumiyyətlə turnirin yalnız iki oyunu həm okeanın o üzündə, həm də bizdə eyni gün olanda baş tutacaq. Bu da final və 3-cü yer uğrunda qarşılaşmalardı. Kolumbiyada günorta baş tutacaq matçlar Bakı vaxtı gecəyə yaxın oynanılacaq.
Komandamız 2-ci turda Asiya çempionu İran, son turda Avropanın ən yaxşısı İspaniya ilə görüşəcək. Hər iki rəqib mundialın favoritləri sırasında yer aldığından millimizin ilk 2 yerdən birini tutmaq şansları yüksək deyil.
Lakin Miltinyonun yetirmələri qrup 3-cüsü kimi də 1/8 finala çıxa bilər. Belə ki, qruplarda ilk iki yerin sahibləri ilə yanaşı, ən yaxşı nəticəyə malik dörd 3-cü pillə sahibi də medallar uğrunda mübarizəni davam etdirəcək. Lakin 3-cü yer sahiblərini 1/8 finalda qrup qalibləri gözləyir.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı bütün oyunlarını Medelyin şəhərində keçirəcək.
DÇ-2016
Qrupların tərkibi
A qrupu
Kolumbiya, Portuqaliya, Özbəkistan, Panama
B qrupu
Tailand, Rusiya, Kuba, Misir
C qrupu
Paraqvay, İtaliya, Vyetnam, Qvatemala
D qrupu
Ukrayna, Braziliya, Mozambik, Avstraliya
E qrupu
Argentina, Qazaxıstan, Solomon adaları, Kosta-Rika
F qrupu
İran, İspaniya, Mərakeş, Azərbaycan
I tur
10 sentyabr
1. 01:00. Kuba – Misir
2. 03:00. Özbəkistan – Panama
3. 03:00. Tailand – Rusiya
4. 05:00. Kolumbiya – Portuqaliya
11 sentyabr
5. 01:00. Mozambik - Avstraliya
6. 03:00. Vyetnam - Qvatemala
7. 03:00. Ukrayna - Braziliya
8. 05:00. Paraqvay - İtaliya
12 sentyabr
9. 03:00. Solomon adaları – Kosta-Rika
10. 03:00. Mərakeş – Azərbaycan
11. 05:00. Argentina - Qazaxıstan
12. 05:00. İran - İspaniya
II tur
13 sentyabr
13. 03:00. Panama - Portuqaliya
14. 03:00. Misir - Rusiya
15. 05:00. Kolumbiya – Özbəkistan
16. 05:00. Tailand – Kuba
14 sentyabr
17. 03:00. Qvatemala - İtaliya
18. 03:00. Avstraliya - Braziliya
19. 05:00. Paraqvay - Vyetnam
20. 05:00. Ukrayna – Mozambik
15 sentyabr
21. 03:00. Kosta-Rika – Qazaxıstan
22. 03:00. Azərbaycan – İspaniya
23. 05:00. Argentina – Solomon adaları
24. 05:00. İran – Mərakeş
III tur
16 sentyabr
25. 03:00. Misir - Tailand
26. 03:00. Rusiya - Kuba
27. 05:00. Panama - Kolumbiya
28. 05:00. Portuqaliya – Özbəkistan
17 sentyabr
29. 01:00. Avstraliya - Ukrayna
30. 01:00. Braziliya - Mozambik
31. 03:00. Qvatemala - Paraqvay
32. 03:00. İtaliya – Vyetnam
18 sentyabr
33. 01:00. Kosta-Rika - Argentina
34. 01:00. Qazaxıstan – Solomon adaları
35. 03:00. Azərbaycan - İran
36. 03:00. İspaniya – Mərakeş
1/8 final
20 sentyabr
37. 02:30. B1 – ACD3
38. 05:00. A2 – C2
21 sentyabr
39. 02:30. D1 – BEF3
40. 02:30. F1 – E2
41. 05:00. A1 – CDE3
22 sentyabr
42. 02:30. E1 – D2
43. 02:30. B2 – F2
44. 05:00. C1 – ABF3
1/4 final
24 sentyabr
45. 00:30. 38Q – 39Q
46. 03:00. 37Q – 40Q
25 sentyabr
47. 00:30. 43Q – 42Q
48. 03:00. 44Q – 41Q
1/2 final
27 sentyabr
49. 04:00. 45Q – 46Q
28 sentyabr
50. 04:00. 47Q – 48Q
III yer uğrunda
1 oktyabr
51. 21:00. 49M – 50M
Final
1 oktyabr
52. 23:30. 49Q – 50Q