Azərbaycan millisinin “Trabzonspor”a lazım olmayan futbolçusu Ramil Şeydayevin Superliqa təmsilçisindəki karyerası 88 dəqiqədən ibarət olub. Apasport.az saytının məlumatına görə, yayda bu kluba keçən milliləşən rusiyalı transferi müddətində 6 ayda 3 matçda iştirak edib.
Türkiyə çempionatının yalnız 1 matçında xidmətinə ehtiyac duyulan hücumçu “Kayserispor”la səfər matçında (1:0) 11 dəqiqə meydanda olub. Ramil bu qısa müddətdə sarı vərəqə ilə də cəzalanıb.
Ölkə kubokunun 2 görüşündə üst-üstə 77 dəqiqə lazım olan Şeydayev “Serhat Ardahan”a (6:0) qarşı 32, “Çorum Bələdiyyəspor”a (2:1) qarşı 45 dəqiqə forma geyinib. Sonuncularla duel onun start heyətində yeganə matçı olub.
Qeyd edək ki, “Trabzonspor” Ramili icarəyə göndərməyə qərar verib. Onun ən real müştərisi isə “Samsunspor”du.