[b]8,1 saniyəlik rekord rəsmiləşdi[/b]
11.10.2016 - 11:42
[b]8,1 saniyəlik rekord rəsmiləşdi[/b]

Belçika millisinin futbolçusu Kristian Bentekenin rekordu rəsmiləşib. Apasport.az saytının məlumatına görə, FİFA və UEFA onun Cəbəllütariqlə DÇ-2018-in seçmə oyununda vurduğu topu beynəlxalq turnirlərin ən erkən qolu elan edib. Bentekenin qolu rəsmi olaraq 8,1-ci saniyə kimi qeydə alınıb.

 

Bununla, belçikalı 1993-cü ildən toxunulmaz qalan rekordu arxada qoyub. 23 il zirvədə qalan isə San-Marino millisinin futbolçusu David Qualtieri idi. Yığma karyerasında cəmi 1 qol vuran futbolçu bunu İngiltərə ilə matçın 8,3-cü saniyəsində bacarmışdı. Benteke həmin göstəricini 0,2 saniyə qabaqlayıb.

 

Qeyd edək ki, beynəlxalq oyunların mütləq rekordu Lukaş Podolskiyə məxsusdu. Bundestimin futbolçusu Ekvadorla yoxlama oyununda 6-cı saniyədə qol vurub.