[b]8 oyunluq seriyadan sonra[/b]
14.03.2017 - 21:59
[b]8 oyunluq seriyadan sonra[/b]

“Qəbələ”nin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Roman Qriqorçukun yetirmələri 2017-ci ildə ilk dəfə məğlub olub.

 

Mövsümdəki ikinci məğlubiyyət XXII tura təsadüf edib. Səfərdə “Neftçi”yə yenilən əyalət klubu 105 gündən sonra xalsız qalıb.

 

Belə ki, “qırmızı-qaralar” sonuncu dəfə ötən il noyabrın 29-da səfərdə “Qarabağ”a 1:2 hesabı ilə uduzmuşdu.

 

XIII turdan sonra 8 matçda uduzmayan “Qəbələ” 105 günlük seriyası ilə vidalaşıb.