[b]91-ci sınaq[/b]
05.09.2016 - 13:52
[b]91-ci sınaq[/b]

Azərbaycanın u-21 yığması tarixində 91-ci seçmə oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, AÇ-2017-nin Farer adaları ilə sabah keçiriləcək seçmə matçına qədər yığmamız 90 görüşə çıxıb.

 

Bu qarşılaşmalarda 11 qələbə qazanan yığmamız 14 dəfə 1 xalla kifayətlənib. 65 məğlubiyyəti olan komandamız 2 dəfə texniki hesabla uduzub.

 

Texniki məğlubiyyətə görə verilən 0:3-ü top fərqində nəzərə almasaq, millimiz 209 qol buraxıb. Futbolçularımız isə 51 qolun sevincini yaşayıb.

 

Millinin baş məşqçisi Yaşar Vahabzadə isə 12-ci dəfə U-21-i meydana çıxaracaq. Çalışdırıcı əvvəlki 11 oyunda 2 qələbə və 1 heç-heçəyə şahid olub. 8 məğlubiyyət acısı yaşayan mütəxəssisin rəhbərliyi altında 7 qol vuran millimiz 27-ni buraxıb.