Topaz Premyer Liqasının VI turu çərçivəsində hazırda keçirilən "Zirə" - "Qəbələ" matçını tribunadan izləyən qonaqların azarkeşləri olduqca fəaldırlar. Apasport.az saytının məlumatına görə, "qırmızı-qaralar"ın fanatları ilk dəqiqələrdən müxtəlif şüarlar dilə gətiriblər.
Onların sırasında ən diqqətçəkəni ikinci hissənin startında səsləndirilib. Belə ki, onlar "1,2,3,4,5,6,7,8" şüarını deyərək, "Qəbələ"dən "qol yağışı", yəni çox qollu qələbə gözlədiklərini bildiriblər.
Qeyd edək ki, analoji hal ölkə çempionatının IV turunda baş tutmuş "Neftçi" - "Qəbələ" matçında da yaşanmışdı.
Həmin görüşdə "Qəbələ" "ağ-qaraları" məhz azarkeşlərin dediyi qədər - 8 dəfə meydanın mərkəzinə dəvət etmişdi.