[b]“15 nömrə” 15-ci oldu[/b]
09.10.2017 - 00:03
[b]“15 nömrə” 15-ci oldu[/b]

DÇ-2018-in seçmə mərhələsinin Almaniya ilə davam edən qarşılaşması Azərbaycan millisinin futbolçusu Ruslan Abışov üçün əlamətdardı. Apasport.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi əsas yığmada 50-ci oyununu keçirir.

 

Maraqlıdı ki, “15 nömrə” millidə 50 və daha çox matç keçirən 15-ci oyunçudu. Bunların 43-də start heyətində yer alan futbolçu 4 qola sevinib.

 

Qeyd edək ki, Ruslan millidə 2009-cu ildə debüt edib.