[b]“85 xal toplasaq...”[/b]
05.08.2017 - 14:38
[b]“85 xal toplasaq...”[/b]

“Keçən mövsüm 75 xal yığmışdıq. Bu mövsüm isə 10 xal artıq toplamaq lazımdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Arsenal”ın baş məşqçisi Arsen Venger deyib.

 

İngiltərə mətbuatına açıqlama verən fransalı çalışdırıcı maraqlı fikir səsləndirib. O, yeni mövsümdəki hədəflərindən söz açıb: “85 xal toplasaq, sona qədər çempionluq mübarizəsi apara bilərik. Lazım gəlsə, Avropa Liqasının bəzi matçlarında aparıcı futbolçulara istirahət verəcəyik. Bu, rəqibin kimliyindən də asılı olacaq. Çempionatda bütün oyunlara qələbə üçün çıxmalıyıq”.

 

Qeyd edək ki, Venger 1996-cı ildən “Arsenal”ı çalışdırır.