[b] “Müharibənin oğlu” və Robert Prosineçki[/b]
31.03.2016 - 10:35
[b] “Müharibənin oğlu” və Robert Prosineçki[/b]

Madrid “Real”ının futbolçusu Luka Modriçin tərcümeyi-halına həsr olunan “Müharibənin oğlu” adlı kitabın təqdimat mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, mərasimdə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki də yada salınıb.

 

Belə ki, Avstraliyanın ABC telekanalının əməkdaşı Huges kitabın təqdimatından sonra çıxışında Prosineçkini xatırlayıb. O, millimizin çalışdırıcısı ilə Modriç arasında kiçik müqayisə aparıb.

 

Tanınmış idman jurnalisti bildirib ki, Prosineçkinin “Real”da yaxşı oyun göstərməsinə zədəsi mane olub: “Modriçi vaxtilə bu komandada oynamış Robert Prosineçki ilə müqayisə etmək olar. Prosineçki “Real”da zədə ilə təmsil olundu. Modriç isə öz texniki və taktiki bacarığını, universal futbolçu olduğunu Madrid klubunda göstərə bildi. Modriç Joze Mourinyonun “Real”a sonuncu hədiyyəsi oldu”.

 

Modriç “Real”a 2012-ci ildə 40 milyon avro qarşılığında “Tottenhem”dən transfer olunmuşdu.

 

Qeyd edək ki, Prosineçki 1991-1994-cü illərdə “Real”ın formasını geyinib. O, “qalaktikos”un heyətində 73 oyunda 12 qola imza atıb.