“Qarabağ”dan “Adanaspor”a transfer olunan Reynaldo Silva bu gün yeni klubunda tibbi müayinədən keçəcək. Bu barədə apasport.az saytına Superliqa təmsilçisinin baş meneceri Murat Daldık məlumat verib.
O bildirib ki, braziliyalı hücumçu tibbi baxışdan keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq. Ancaq klub nümayəndəsi müqavilənin detalları haqda danışmaqdan imtina edib: “Reynaldo hazırda Adanadadı. Futbolçu bu gün həkim müayinəsindən keçəcək. Yəqin ki, müqavilə də bundan sonra imzalanacaq. Anlaşmanın müddəti və digər detallar rəsmi saziş imzalandıqdan sonra mətbuata açıqlanacaq”.
Yanvarın 24-də Türkiyə mətbuatı Reynaldonun “Adanaspor”la anlaşdığı xəbərini yayanda Murat Daldıkla əlaqə saxlayıb, buna münasibət öyrənmişdik. Baş menecer saytımıza açıqlamasında “Kim? Reynaldo? Biz elə futbolçu tanımırıq. Hazırkı transfer siyahımızda o futbolçunun adı yoxdu. Yəni Reynaldonun “Adanaspor”a keçdiyi ilə bağlı yayılan xəbər doğru deyil”, - açıqlamasını vermişdi.
Daldıka həmin açıqlamanı xatırlatdıqda o, 3 gün öncəki yalanını daha bir yalanla örtməyə çalışıb. Klub rəsmisi israrla “Mən belə açıqlama verməmişəm” deməklə, işinə necə qeyri-peşəkar yanaşdığını göstərib.
Qeyd edək ki, “Adanaspor” 18 turdan sonra Türkiyə Superliqasında 18 komanda arasında 16-cı pillədə qərarlaşır.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı