[b]“Ağ-qaralar”dan yeni rekord[/b]
09.01.2017 - 09:15
İtaliyanın “Yuventus” klubu yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” A seriyasında ardıcıl 26-cı ev qələbəsini qazanıb.
Turinlilər bununla da İtaliya rekordunu yeniləyib. Turin təmsilçisi buna “Bolonya”nı 3:0 hesabı ilə yenməklə imza atıb.
A seriyasının əvvəlki rekordu da “Yuventus”a məxsus idi. 2013-cü ilin avqustundan 2014-cü ilin noyabrınadək olan müddətdə komanda 25 ev oyununda xal itirməmişdi.
0
0