[b]“Ağabala böyük səhv edib, cəzalanacaq” – Samir Abasov[/b]
09.04.2016 - 17:13
[b]“Ağabala böyük səhv edib, cəzalanacaq” – Samir Abasov[/b]

“Rəhbərlik nə qədər mənə inanacaqsa, gücümü ortaya qoyub, yaxşı komanda qurmağa çalışacam. Yayda böyük dəyişikliklər olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasova məxsusdu.

 

Topaz Premyer Liqasının XXIX turunda “Qəbələ”ni qəbul edən “gənclik şəhəri” təmsilçisi son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən qaçıb – 1:1.

 

Matçdan sonra fikirlərini bildirən Abasov nəticənin oyuna görə olduğunu söyləyib: “Əvvəla Allah şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbr versin. Oyuna gəlincə, istənilən kimi oynaya bilmədik. Hava şəraiti çox pis idi. Heç-heçə matçın ədalətli nəticəsi idi. İtirəcəyimiz bir şey yoxdu. Qarşıdakı görüşlərə baxmalıyıq”.

 

Baş məşqçi qarşılaşmanın gedişində azarkeşi sərt şəkildə təhqir edən Ağabala Ramazanova da iradını bildirib: “Ağabala böyük səhv edib. Mütləq cəzalanacaq. Ramazanovun təhqir etdiyi azarkeş bizim ən sadiq azarkeşlərimizdən biridi. Sumqayıtlı balası olaraq Azad kişidən üzr istəyəcəm”.

0