[b]“Ağsu” Azərbaycan kubokunda oynamaqdan imtina etdi[/b]
05.10.2016 - 15:02
[b]“Ağsu” Azərbaycan kubokunda oynamaqdan imtina etdi[/b]

I divizionun daha bir komandası Azərbaycan kubokunda iştirak etməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, “Ağsu” klubu yarışa qatılmayacaq.

 

Klub rəhbərliyi bununla bağlı Peşəkar Futbol Liqasına məktub ünvanlayıb. Sənəddə komandanın 2016/17 mövsümünün kubok yarışlarında iştirak etməyəcəyini bildirilib.

 

Bununla da kubok uğrunda 18 komanda mübarizə aparacaq.

 

Qeyd edək ki, “Ağsu”ya qədər “Göyəzən”, “Energetik” və “Mil-Muğan” da kuboka qatılmaq istəməmişdi.

0