[b]“Anderlext” səfərdən 3 xalla döndü[/b]
03.10.2016 - 09:34
Belçika çempionatında IV turun qarşılaşmaları baş tutub. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Anderlext” səfərdə “Standard”la qarşılaşıb.
Paytaxt klubu rəqib meydanında oynasa da, meydanı 3 xalla tərk edib. Brüssellilər Teodorçikin 79-cu dəqiqədəki qolu ilə qalib gəlib.
Bu qələbədən sonra “Anderlext” xal hesabını 18-ə çatdırıb. “Qəbələ”nin rəqibi 2-ci pillədə qərarlaşıb. Paytaxt klubu çempionatın lideri “Zulte-Varegem”dən 2 xal geri qalır.
0
0