Futzal üzrə Yüksək Liqada II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Bakı İdman (Əl oyunları) Sarayında baş tutan turun ilk matçında UEFA Kubokunda ölkəmizi təmsil edəcək “Araz” qələbə qazanıb.
Turun ikinci görüşü isə gərginliyi ilə yadda qalıb. Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmaması da buna işarədir.
Turun son oyunu isə məhsuldar alındı. Komandalar fasiləyə qədər hərəyə 3 dəfə fərqlənməyi bacardı. İkinci hissədə qolları sıralayan “Marafon Futsal” mövsümdə ikinci qələbəsini qazanıb.
Futzal üzrə Yüksək Liqa
II tur
“Yasamal” – “Araz” – 0:4
Qollar: X. Bağırov, 4:56, İ. Atayev, 14:55, M. Cahandost, 23:43 (ö.q), M. Da Silva, 36:09
“FK. İD. Futsal” – EKOL – 0:1
Qol: N. Məmmədkərimov, 37:40
“Marafon Futsal ” – “Xəmsə” – 7:3
Qollar: T. Əliyev, 2:40, R. Soltanov, 14:50 (10 m.), 18:15 (10 m.), 25:48, 39:40, S. Məmmədov, 32:36, R. Bağırzadə, 33 - Q. İsmayılov, 4:20, E. Zeynalov, 5:17, S. Əmirov, 11:20
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi