[b]“Araz”ın yubiley qələbəsi[/b]
13.10.2016 - 10:15
[b]“Araz”ın yubiley qələbəsi[/b]

Naxçıvanın “Araz” klubu avrokuboklarda yubiley qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, əsas mərhələnin II turunun “Feniks”lə qarşılaşmasında əldə olunan 1:0 hesablı qələbə Azərbaycan çempionu üçün sayca 30-cu olub.

 

Kosovo təmsilçisi ilə matçadək hesabında 29 belə uğur olan Naxçıvan klubu yubileyini 54-cü matçında qeyd edib. Artıq 30 qələbə qazanan “Araz”ın hesabında 9 heç-heçə və 15 məğlubiyyət car.

 

Qeyd edək ki, çempionumuz bu qarşılaşmalarda 215 qol vurub, öz qapısından 144-nü buraxıb.