[b]“Arsenal”dan alman futbolçuya 60 milyonluq təklif[/b]
28.01.2017 - 11:00
Dortmund “Borussiya”sının üzvü Marko Roys karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “Arsenal” 27 yaşlı futbolçudan əl çəkmir.
“Topçular” yenidən Roysla danışıqlara başlayıblar. London klubunun rəhbərliyi bu keçidin baş tutması üçün 60 milyon avro xərcləməyə hazırdı.
“Arsenal” rəsmiləri Roysu yayda komandadan ayrılacağı gözlənilən Aleksis Sançesə əvəzləyici qismində düşünürlər.
Qeyd edək ki, 2012-ci ildən dortmundluların formasını geyinən Roys 2011-ci ildən Almaniya yığmasına da çağırılır.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0