[b]“Arsenal”ın yetirməsi Super Liqa klubunda[/b]
07.08.2017 - 19:25
“Antalyaspor” daha bir ulduz oyunçu transfer edib. Apasport.az saytının məlumatına görə, Super Liqa klubu Yohan Curunu heyətə qatıb.
İsveçrə yığmasının müdafiəçisi 2 illik müqavilə imzalanıb. O, antalyalılara azad agent kimi qoşulub.
“Arsenal”ın yetirməsi olan və bu klubdakı çıxışları ilə tanından Curunun son komandası “Hamburq” olub.
Qeyd edək ki, Kot-d-İvuar əsilli oyunçu İsveçrə millisində 65 oyun keçirib və 2 qol vurub.
0
0