“Arsenal” əsas üzvləri Məsut Özil və Aleksis Sançesi yeni anlaşmayla bağlı razı salmağa çalışır. Apasport.az saytının məlumatına görə, bu barədə İngiltərə mətbuatı xəbər yayıb.
Bildirilib ki, hər iki oyunçu klubda qalmağa razı olsalar da, məbləğlə bağlı ortaq məxrəcə gəlmək hələlik mümkün olmur. Belə ki, türk və çilili futbolçu yeni anlaşmaya əsasən, həftədə 290 min avro qazanmaq istəsələr də, rəhbərlik futbolçulara yalnız 200 min avro verməyə hazırdı.
Belə olan halda, “topçular”ın rəhbərliyi hər iki futbolçuyla danışıqları yeni ildən sonraya saxlayıb.
Qeyd edək ki, yerli mətbuatda yer alan xəbərlərə görə, Məsut sabiq klubu “Real”ın diqqət mərkəzindədi.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı