[b]“Artıq hədəfimiz çempionluqdu”[/b]
29.12.2015 - 09:21
[b]“Artıq hədəfimiz çempionluqdu”[/b]

“Avropa Liqasının qrup mərhələsindəki çıxışımızdan sonra yeni arzu ilə yaşayıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Dodo deyib.

 

Braziliyalı yarımmüdafiəçi vətənində verdiyi müsahibədə komandasının çempionluq iddiasından danışıb. O bildirib ki, komandası liderdən geridə olsa da, bu fərqi aradan qaldırmaq iqtidarındadılar: “Artıq hədəfimiz çempionluqdu. Klub rəhbərliyi də bu uğuru qazanmağımızı istəyir. Hazırda 1-ci pillədən bir az uzaqlaşmışıq. Lakin çempionatın ikinci hissəsində hər şey ola bilər. Biz bu uğurun arzusu ilə yaşayırıq. Lakin Azərbaycana qayıdana qədər ailəmlə birlikdə vaxt keçirmək istəyindəyəm”.

 

Dodo tarixində ilk dəfə Avropa Liqasının qrupuna düşən komandasının həmin yarışdakı çıxışını da xatırlayıb: “Qəbələ”nin qrup mərhələsindəki çıxışı bizim qəhrəmanlıq idi. Bu uğurda bütün oyunçuların əməyi oldu. Mən də bu yarışda bacardığımı etdim, çalışdım ki, yüksək səviyyədə oyun nümayiş etdirim”.

 

Qeyd edək ki, “Qəbələ”nin kapitanı olan Dodo klub tarixində ən çox oyun keçirən futbolçudu.