[b]“Astra” “Zirə” ilə matça 6 əcnəbi sifariş verdi[/b]
12.07.2017 - 11:07
[b]“Astra” “Zirə” ilə matça 6 əcnəbi sifariş verdi[/b]

Avropa Liqasının II təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq “Astra” iştirak ərizəsini UEFA-ya təqdim edib. Apasport.az saytının məlumatına görə, Rumıniya təmsilçisi 23 oyunçunun adını sifariş verib.

 

Baş məşqçi Edvard Yordaneskunun ixtiyarında olacaq oyunçuların əksəriyyəti yerlidi. Həmçinin Braziliya (2), Bolqarıstan, Xorvatiya, Polşa və Fransadan olan futbolçular da “Zirə” ilə görüşlərdə iştirak edə bilər.

 

Qapıçılar: 1. David Lazar, 23. Plamen İliyev, 33. Yonut Boşneaq

Müdafiəçilər: 6. Florin Bejan, 7. Klaudiu Belu-Yordaçe, 11. Valentin George, 19. Mihay Yonut Butean, 21. Eriko da Silva, 25. Pyotr Polçak, 30. Aleksandru Dandea, 71. Andrey Pitian

Yarımmüdafiəçilər: 4. Markinyos, 10. Aleksandru Yonita, 15. Çiprian Bisanu, 17. Viorel Nikoara, 20. Robert Valseanu, 24. Filip Mrzlyak, 27. Robert Boboç, 77. Aleksandru Stan, 95. Romario Moyse, 96. Silviu Balaure

Hücumçular: 9. Antoni Le Tallek, 92. Boqdan Çipirliu

 

Qeyd edək ki, “Astra” ilə “Zirə” arasında ilk oyun sabah Rumıniyada keçiriləcək.